Rusiya: Koalisiya qüvvələri Ukraynada hədəf olacaqbackend

Rusiya: Koalisiya qüvvələri Ukraynada hədəf olacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “istəkli koalisiya” formatında çoxmillətli qüvvələrin yaradılması ideyası Moskvada Ukraynaya mümkün müdaxilə planı kimi qəbul olunur. Onun sözlərinə görə, bu cür birləşmələr Ukraynada peyda olarsa, Rusiya onları qanuni hədəf hesab edəcək.

KONKRET.az xəbər verir ki, Zaxarova Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO-ya hücum halında alman əsgərlərinin rus hərbçilərini öldürməyə hazır olması ilə bağlı sözlərini “vəhşiləşmə” nümunəsi adlandırıb və əlavə edib ki, Rusiya heç bir tərəfə hücum etməyi planlaşdırmır.

O həmçinin qeyd edib ki, Moskva Dnestryanı bölgə ətrafında baş verən hadisələri diqqətlə izləyir və vəziyyətin istənilən, o cümlədən ən əlverişsiz və mənfi ssenarisinə adekvat reaksiya verməyə hazırdır.

Avropa İttifaqının Ermənistanla bağlı Brüsseldə keçirilən son görüşdə 2,5 milyard avro vəd etməsinə toxunan Zaxarova bunu “janrın klassikası – əvvəlcə vədlər verilir, sonra isə dövlətlər asılı vəziyyətə salınaraq idarə olunur” kimi şərh edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*