Rusiya İstintaq Komitəsi Avropadakı rusları hədələdi: “Ölkəyə qayıtmayacaqsınız?”backend

Rusiya İstintaq Komitəsi Avropadakı rusları hədələdi: “Ölkəyə qayıtmayacaqsınız?”

Rusiyanı tərk edən və xaricdən rus hərbçilərinin gözdən salınması prosesində iştirak edən şou-biznes nümayəndələri və artistlər vətənlərinə qayıtdıqları təqdirdə qanun qarşısında cavab verəcəklər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu bəyanatla ölkənin İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin çıxış edib.

Onun sözlərinə görə, xaricə gedən məşhurların mövqeyi “qaldıqları ölkələrin siyasətinə yarınmaq” istəyi ilə bağlıdır.

“Ancaq əgər onlardan kimsə bir neçə ildən sonra geri qayıtmaq qərarına gəlsə, o halda hərəkətlərinə görə qanuna uyğun olaraq cavab verəcəklər”, – deyə İstintaq Komitəsinin sədri xəbərdarlıq edib.

O, qeyd edib ki, belə artistlər onilliklər ərzində sadə vətəndaşların hesabına çoxmilyonlu sərvət əldə etdikləri ölkədən üz çeviriblər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*