Rusiya qoşunları Krım ərazisində mümkün hərbi əməliyyatlara hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə iyulun 8-də Ukrayna Müdafiə Nazirliyinin Hərbi Media Mərkəzinin “Telegram” kanalında məlumat dərc olunub.
Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya qoşunları yarımadanın şimal, qərb və şərq hissələrində “ərazinin möhkəmləndirilməsi”ni həyata keçirir. Həmçinin, onların fikrincə, Krım istmuslarının mühafizəsi gücləndirilir. Azov və Qara dənizdə rus qoşunları öz gəmilərinə və donanma bazalarına hücumların qarşısını almağa yönəlib.
İyulun əvvəlində Rusiyanın Krasnodar diyarından Krım körpüsünün girişində tıxac yaranıb, iyulun 3-də növbə 13 km-ə çatıb. İstirahətə gedən rusların yoxlama üçün gözləmə müddəti beş saata yaxın olub. Yüzlərlə yük maşını növbə gözləyib. Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, bu yolla rus qoşunları insanlardan canlı qalxan kimi istifadə edərək körpünü dağılmaqdan xilas etməyə çalışıb.
Burhan,
KONKRET.az