Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin prezident adlandırılıb-adlandırılmamasını kütləvi informasiya vasitələrinin (KİV) öhdəsinə buraxıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi ənənəvi brifinqdə deyib.
“KİV nəyi məqsədəuyğun hesab etməsindən asılı olaraq, Zelenskini Ukrayna prezidenti adlandıra və ya adlandırmaya bilər”, – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Özbəkistanda mətbuat konfransı zamanı Rusiyanın dövlət başçısı Ukraynada yalnız Ali Radanın yeganə qanuni hakimiyyət olduğunu bildirib.
Ali Radanın spikeri Ruslan Stefançuk buna cavab olaraq deyib ki, hərbi vəziyyət şəraitində Zelenski ölkənin Kinstitusiyasına və digər qanunlarına əsasən qanuni dövlət başçısı olaraq qalır. O, Rusiya prezidentinə öz ölkəsinin Konstitusiyasına nəzər salmağı tövsiyə edib.
Xatirə SADİQ,
KONKRET.az