Rusiya minalardan təmizləmə və kəşfiyyat üçün nəzərdə tutulmuş “Skat” sualtı dronu hazırlayıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Spectr Engineering” konstruktor bürosunun icraçı direktoru Andrey Bratenkov bildirib.
“Uçuş nəzarətçisi dronu yerdən daha səmərəli idarə etməyə imkan verir”, – o deyib.
Qeyd olunub ki, “Skat” 100 m-ə qədər dərinlikdən obyektləri görüntüləmə imkanına malikdir.
İcraçı direktorun sözlərinə görə, bundan əvvəl Rusiya istehkamçıları ən yeni “BMR-3M Vepr” zirehli minalardan təmizləmə maşınından istifadə ediblər.
İqbal Rzayev,
KONKRET.az