Rusiya miqrant məsələsini getdikcə çətinləşdirəcək – Tolstoy mesaj verdibackend

Rusiya miqrant məsələsini getdikcə çətinləşdirəcək - Tolstoy mesaj verdi

“Rusiyanın miqrasiya sahəsində yeni bir qanun qəbul etməsi vacibdir.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Parlamentinin alt qanadı olan Dumanın sədr köməkçisi Pyotr Tolstoy bildirib.

“Vladimir Putin ilk dəfə Rusiyadan bir sivilizasiya olaraq danışmayıb və xalqlarımızın adət və ənənələrinə, tarixinə və kimliyinə hörmət göstərilməsi çağırışı edib. Ancaq çox qəsəbə və şəhərlərdə seçicilərimiz miqrantlar tərəfindən sayğısızlıq və ənənələrimizə açıq meydan oxuma ilə qarşı-qarşıya qalıb”, – deyə Duma üzvü bildirib.

Parlamentari daha sonra bunları vurğulayıb: “Xarici işçi qüvvəsinin axını sayəsində məmurlar bir daşla iki quş vururlar: həm yaxşı pul qazanırlar və həm də guya Rusiyada demoqrafik problemi həll edirlər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*