Rusiya Müdafiə Nazirliyi Ukraynanın kütləvi dron hücumu ilə bağlı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumatda Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində 70 PUA hücumu gerçəkləşdirdiyi bildirilib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri düşmənin 70 PUA-sını məhv edib. Ukrayna PUA-ları Moskva, Bryansk, Oryol, Kaluqa, Kursk və Tula vilayətləri üzərində səmada tutularaq məhv edilib”, deyə məlumatda qeyd olunub.
Rusiya MN-dən bildirilib ki, Moskva vaxtı ilə saat 7-dən 10-a kimi 34 PUA Moskva vilayəti üzərində, 14 – Bryansk üzərində, yeddi – Oryol və Kaluqa üzərində, altı – Kursk üzərində, iki – Tula vilayətin üzərində vurulub.