Rusiya Müdafiə Nazirliyi Polşaya hücum iddialarını təkzib etdibackend

Rusiya Müdafiə Nazirliyi Polşaya hücum iddialarını təkzib etdi

“Rusiya qoşunlarının Polşa ərazisindəki obyektlərə zərbə endirmək planı olmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların (pilotsuz uçuş aparatlarının) maksimal uçuş məsafəsi 700 kilometrdən çox deyil.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, bu məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırdır.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirdiyi açıqlanıb. Zərbələrin İvano-Frankovsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvov şəhərlərindəki müəssisələrə endirildiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*