Rusiya Müdafiə Nazirliyi Türkiyəni ittiham etdibackend

Rusiya Müdafiə Nazirliyi Türkiyəni ittiham etdi

Türkiyənin İdlibdəki deskalasiya zonasında bir silahsız bölgə yaratmaq öhdəliyini yerinə yetirməməsi nəticəsində Rusiyanın Xmeymim hava bazası və Suriya şəhərləri ciddi fəsadlarla üz-üzə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkova istinadən yayıb.

Onun sözlərinə görə, Türkiyə tərəfinin hərəkətsizliyi səbəbindən Suriyadakı şəhərlər kimi Rusiya aviabazası da hər gün yaraqlılar tərəfindən atəşə tutulur.

O, həmçinin xatırladıb ki, 2018-ci ilin sentyabrında Türkiyə Soçi razılaşması çərçivəsində İdlibdəki yaraqlıları deskalasiya zonasının sərhədlərindən 15-20 km məsafədə geri çəkməyə söz vermişdi, lakin bu razılaşma hələ yerinə yetirilməyib.

Bundan əvvəl Suriya hökumət qüvvələri İdlibdəki türk hərbi qüvvələrini atəşə tutub, nəticədə 33 türk əsgəri öldürülüb və 30-dan çox adam yaralanıb.

Rusiya Müdafiə Nazirliyi Suriya qoşunlarının İdlib bölgəsindəki Behun qəsəbəsini atəşə tutduğunu izah edərək bildirib ki, həmin vaxt Türk hərbçiləri orada olmamalı idi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*