“Rusiya Ukraynada hərbi əməliyyatları yalnız danışıqlar nəticə verdikdən sonra dayandıracaq”.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov vurğulayıb ki, münaqişənin sadəcə olaraq dondurulması Rusiyaya yaraşmaz.
“Prezident açıq şəkildə bildirib ki, Rusiya xoş niyyətlə sülhə nail olmaq istəyən hər bir nümayəndə ilə danışıqlara hazırdır. Lakin biz yalnız bu danışıqlar Rusiyaya davamlı nəticə verdikdə hərbi əməliyyatları dayandıracağıq. Rusiyanın Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin də fikrini nəzərə almaq vacibdir. Avropalı siyasətçilərin Ukrayna ilə bağlı bəyanatları fonunda ABŞ-ın mövqeyi önə çıxır. Biz dərhal sülh danışıqlarına başlamağı, təmas xəttini tərk etməyi özümüzə yaraşdırmırıq. Ukrayna böhranının həlli üçün danışıqlarda Kiyevin NATO-ya qoşulmayacağına dair razılaşma olmalıdır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, bu həftə Rusiya və ABŞ arasında səfirliklərdə tam təmaslar baş tutacaq. Onlar diplomatik missiyaların işindəki maneələri aradan qaldırmalıdırlarb.
Müşviq Tofiqoğlu
KONKRET.az