Rusiya Suriyada nəyə nail olmaq istəyir? – Türk jurnalisti yazırbackend

Rusiya Suriyada nəyə nail olmaq istəyir? - Türk jurnalisti yazır

“Gəlin özümüzü ələ alaq!”. Türkiyənin “Yeni Çağ” nəşrinin əməkdaşı Arslan Tekin bunu Türkiyədəki siyasi dairələrə müraciət edərək yazır. Onun fikrincə, daxili qarşıdurmalar indi yersizdir, “əsl düşmən” qarşısında birləşmək lazımdır. Məqalədən irəli gələn əsas təhdidin Osmanlı İmperatorluğu dövründən bəri Rusiyadan gəldiyini təxmin etmək çətin deyil.

Suriyanın bütövlüyünü təmin etmək mümkün olmadığını bilən Kreml niyə Bəşər Əsədin tərəfini tutur?

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, dövlətin bütövlüyünü qorumaq istəyən bir “lider” niyə öz ölkəsində başqa bir dövlətin onun xalqını bombalamasına icazə verir?

Belə çıxır ki, o, öz xalqına hörmət etmir. Yəqin İrandan cəlb olunan Livanın “Hizbullah” qatillərini müdafiə etməklə hakimiyyətdə qalacağına inanır.

Həyatlarını xilas etmək üçün insanlar tapa biləcəkləri nəqliyyat vasitələrindən istifadə edərək, acınacaqlı bir yoxsulluqdan qaçırlar. Və bu insanlar Türkiyəyə tərəf qaçırlar … Bunu yalnız sərhəd yaxınlığına görə deyə bilərikmi?

Səhralaşmış torpaqlarda ölkənin bütövlüyünü təmin etmək mümkün deyil. Digər ölkələrə sığınan insanlar ölkələrinə qayıtmaq istəyəcəklər. Nə qədər öldürəcəksən?

Kreml getdikcə Türkiyəyə düşmənçilik nümayiş etdirir. Tərəfdarlarının dairəsi daralan və heç bir nəticə əldə edə bilməyən Bəşəri Rusiya ən azından bütün hərbi qüvvələrini burada cəmləşdirmək üçün dəstəkləyir? Sual qazanmaqdırsa, Moskva kimdən daha çox qazanacaq – Türkiyədən, yoxsa yalnız bir ovuc dəstəsi olan Bəşərdən?

Əlbəttə, Rusiya bunu bilir. Rusiya: “Əsas mənəm, istədiyimi alacağam” demək istəyir, amma 83 milyon əhalisi olan və üstəlik, strateji bölgədə olan Türkiyə xalqının nə qədər acı və qəzəbli olduğunu nəzərə almır.

Türkiyəyə rəğbət bəsləyən xalqlar əsasən Rusiya Federasiyasında yaşayır … Əgər siyahıya nəzər salsaq, Qafqazdan başlayaq, gələcəkdə onlar Rusiyanın baş ağrısı ola bilər. Rusiyada Türkiyəyə yaxınlığı və səmimi qohumluğu olan insanlar nə vaxtsa bu sözləri deyəcək: “Bizimlə birgə irəli gedə biləcək bir ölkə – Türkiyəmiz var. ”

Sovet İttifaqı dövründə insanlar xaricə gedə bilmirdilər.

Orta Asiyada yaşayan, Qafqaza səfər edən bir jurnalist kimi danışıram, Türkiyəni çox az tanıyırdım … Dərsliklərdə türklərin üstündən xətt çəkmişdilər. Sübut olaraq, hətta bəzi səhifələri də cırıb özümlə gətirdim.

Sovet İttifaqı dağıldı. Rusiyada yaşayan insanlar xarici ölkələri tanımağa başladılar. Hamı, istər rus, istərsə də başqa xalqlar Türkiyəni və türkləri tanıyırlar. Xalqlara gəldikdə, başa düşürlər ki, Türkiyə onlar üçün Suriyadan daha vacibdir. Yalnız alış-veriş üçün deyil, həm də istirahət üçün gələn rusların sayına diqqət yetirsəniz bunu anlayacaqsınız.

Bəşər Əsədi inandıra biləcək yeganə qüvvə Rusiyadır. Bundan sonra, barel bomba atmaqla heç nəyə nail ola bilmədiklərini bilməlidirlər.

Suriya artıq hissələrə bölünüb. Heç bir vəziyyət bu birliyi təmin edə bilməz.

Rusiya kiçik bir knyazlıq idi. Və ilk knyazlıq Kiyev idi. Qızıl Orda dağılandan sonra onun əraziləri bir-birinin ardınca Moskva Knyazlığının əlinə keçdi.

Ruslar türkləri öldürməklə geniş ərazini “uddu”. Təkcə Osmanlı İmperiyası ilə 1677-1918-ci illərdə 13 dəfə müharibəyə girdilər və 11 dəfə qalib gəldilər.

Suriyada əsl müharibə Rusiya ilə davam edir. Hekayəni təhlil edək və müvafiq dərsləri öyrənək. Niyə türklər uduzdu və ya qazandı? Yaşanan məğlubiyyətlərin ilk səbəbi daxili birliyi təmin edə bilməməsidir.

İndi birləşmək vaxtıdır.

Siyasətçilərimiz ən qısa zamanda bir-birilərini vurmağa hazırdırlar. Hakimiyyətin müxalifəti “düşmən” hesab etməsi səhvdir – daxili çəkişmə sadəcə çirkindir.

Özümüzü ələ alaq!

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*