Rusiya nümayəndə heyəti Azərbaycana gəlirbackend

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Rusiya nümayəndə heyəti yaxın günlərdə Azərbaycana səfər edəcək. Səfərin məqsədi bu ilin sentyabr-oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında iştirak etməkdir.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya idman naziri Mixail Deqtyarev Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “İdman diplomatiyası: yeni çağırışlar və imkanlar” sessiyasında bildirib.

Nazir əlavə edib ki, Azərbaycan tərəfi, xüsusilə də gənclər və idman naziri Fərid Qayıbov onu da şəxsi qaydada dəvət edib, lakin səfərlə bağlı qərarını ayrıca verəcək.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncədə olacaq. Yarışlara 260-dan çox rusiyalı idmançı qatılacaq. Oyunlar ölkənin 7 şəhərini əhatə edəcək və 23 idman növündə təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*