Rusiya oliqarxlara qarşı HƏRƏKƏTƏ KEÇİRbackend

Rusiya oliqarxlara qarşı HƏRƏKƏTƏ KEÇİR

Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsi sədrinin müavini Nikolay Arefyev büdcə kəsirinin aradan qaldırılması üçün oliqarxların gəlir mənbələrinin milliləşdirilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, deputatın sözlərinə görə, yalnız ötən il Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 25 milyard dollar artıb. O, həmin mənbələrin dövlət nəzarətinə keçirilməsinin ölkədəki iqtisadi problemləri həll etməyə kifayət edəcəyini bildirib.

“Əhalidən vergi yığımını artırmaqla büdcəni doldurmaq – bu, cinayət yoludur”, – deyə Arefyev əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*