Rusiya Gümrüyə yeni konsul təyin edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İqor Titov Rusiyanın Gümrüdəki yeni konsulu təyin edilib. Titov bundan əvvəl Rusiyanın Qafanda Baş Konsulluğunun açılışı üzrə qabaqcıl qrupun rəhbəri olub.
“Rusiya Xarici İşlər Nazirliyinin əmri ilə İqor Borisoviç Titov Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki baş konsulu təyin edilib”, – məlumatda deyilir.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki keçmiş baş konsulu Ruslan Kanduarov 2024-cü ilin noyabrında vəfat edib.
Müşviq Tofiqoğlu
KONKRET.az