Rusiya ordusu Donetsk vilayətinin Baxmut və Kramatorsk rayonlarında irəliləyiş əldə edib.
KONKRET.az xəbər verir ki, Analitik DeepState layihəsinin məlumatına görə, Rusiya qoşunları Baxmut rayonunda Fedorovka yaxınlığında, eləcə də Donetsk vilayətinin Kramatorsk rayonunda yerləşən Novomarkovo ərazisi istiqamətində irəliləyib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci sürətli reaksiya korpusu bildirib ki, Donetsk vilayətinin Pokrovsk istiqamətində yerləşən Qrişino yaşayış məntəqəsinə edilən hücumlar dəf edilir.
Qeyd olunub ki, Rusiya bölmələri itkilər versə də, hücum təzyiqini davam etdirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
