Rusiya ordusu Xarkovu vurdu – FOTObackend

Rusiya ordusu Xarkovu vurdu - FOTO

Rusiya ordusu gecə və səhər Xarkov vilayətində Kupyanskı atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Telegram-da məlumat verib.

“Bu gün səhər düşmən Kupyanskı növbəti dəfə atəşə tutub. Nəqliyyat infrastrukturu obyekti zədələnib. Yanğın baş verib. Xilasedicilər hadisə yerində işləyir, məlumat dəqiqləşdirilir”, – deyə o bildirib.

Bundan əlavə, dünən saat 23:00-dan sonra Rusiya ordusunun Kupyanskını atəşə tutması nəticəsində azı beş yaşayış binası və yardımçı tikili dağıdılıb, yanğınlar başlayıb. 65 yaşlı kişi də yaşayış binasına düşən mərmi nəticəsində dünyasını dəyişib.

Sinegubov əlavə edib ki, Kupyanskya edilən hücum nəticəsində təhsil müəssisəsinin və doğum evinin binalarına ziyan dəyib.//apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*