Rusiya ordusunun Sumı vilayətindəki hücumunun məqsədi Kiyevdir – ŞOK AÇIQLAMAbackend

Rusiya ordusunun Sumı vilayətindəki hücumunun məqsədi Kiyevdir – ŞOK AÇIQLAMA

Ukrayna Ali Radasının deputatı Mariya Bezuhla Rusiya Silahlı Qüvvələrinin Sumı vilayətində başlatdığı yeni hücumun əsl hədəfinin Kiyev olduğunu bildirib.

“Kim hələ də fərqinə varmayıbsa – rusların Sumı vilayətindəki yeni hücumu Sumı şəhərinə qarşı deyil. Bu, Ukraynanın paytaxtı Kiyevə – həm fiziki, həm də ideoloji baxımdan yönəlmiş hücumdur. Marşrutlara və məsafələrə diqqət yetirin”, – deyə deputat qeyd edib.

KONKRET.az xəbər verir ki, Bezuhlanın sözlərinə görə, hazırkı mövqelərdən Kiyevə qədər məsafə təxminən 300 kilometrdir. O hesab edir ki, bu vəziyyət ABŞ-ın “dünya polisi” rolundan imtina edərək Rusiya üçün müəyyən maneələri aradan qaldırması nəticəsində yaranıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*