Rusiya ordusunun yüksək rütbəli komandirləri öldürüldübackend

Rusiya ordusunun yüksək rütbəli komandirləri öldürüldü

Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.

KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumatı təsdiqləyib.

O, qeyd edib ki, Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumunun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib.

İqor Konaşenkov həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovkonun da döyüşlər zamanı öldürüldüyünü açıqlayıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*