Ukrayna hakimiyyəti COVİD-19-a qarşı tez bir zamanda peyvənd əldə etmək şansı olmayan ukraynalılara qarşı hibrid silah halına gəlib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter səhifəsində yazıb.
“Kuleba (Ukrayna xarici işlər naziri – red.) və digərləri ukraynalılara qarşı hibrid silahdır. Ukraynanın hazırki rəhbərləri ölkə sakinlərinin həyatını xilas etmək əvəzinə demoqogiya ilə məşğul olur, həmvətənlərini qorxudur”, – deyə Puşkov bildirib.
Qeyd edək ki, Ukrayna XİN rəhbəri Dmitri Kuleba Rusiyanın koronavirus əleyhinə Sрutnik-V vaksinini Ukraynaya qarşı hibrid silahı adlandırmışdı.