Rusiya PUA istehsalını artıracaqbackend

Rusiya PUA istehsalını artıracaq

Rusiya pilotsuz uçuş sistemlərinin  istehsalını 2030-cu ilə qədər təxminən 9 dəfə artıracaq.

KONKRET.az TASS-a istinadən xəbər verir ki,  bunu Federal Hava Nəqliyyatı Agentliyinin sədr  müavini Andrey Dobryakov Aerokosmik Konqresinin plenar iclasında deyib. O, bildirib ki, Rusiya bazarında PUA-ların payı 41,5%-dən 70%-ə yüksələcək. Bundan əlavə, 48 regionda pilotsuz uçuş aparatları sistemlərinin işlənib hazırlanması, sınaqdan keçirilməsi, sertifikatlaşdırılması, istehsalı və bazara çıxarılmasını təmin edəcək tədqiqat və istehsal mərkəzlərinin tikintisi nəzərdə tutulur. Pilotsuz uçuşlar üçün infrastrukturla təchiz olunmuş regionların sayı 3-dən 89-a çatdırılmalıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*