Rusiya PUA-ları F-35-lərlə vuruldubackend

Rusiya PUA-ları F-35-lərlə vuruldu

Polşada Rusiya PUA-larının vurulmasında NATO təyyarələri də iştirak edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, PUA-ların vurulmasında Polşa F-16-ları, Niderland F-35-ləri, İtaliyanın AWACS kəşfiyyat təyyarələri və NATO tərəfindən birgə idarə olunan yanacaq dolduran təyyarələr PUA-ların vurulmasında iştirak edib.

Agentlik bildirib ki, Polşaya yerləşdirilən Almaniyanın iki “Patriot” hava hücumundan müdafiə sistemi PUA-ları Polşa üzərində aşkar etməyə kömək edib.

Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*