“Rusiyanın bizim layiqli tərəfdaşımız olmaq şansı var idi. Lakin o, başqa yol seçib və indi öz hərəkətinin “bəhrəsini” görür. Zəifləyən ölkənin regionda mövqelərini itirdiyi göz qabağındadır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirlər analitik Samvel Ovannisyanın məqaləsində yer alıb.
“Çətin dövrlər olub, bolşeviklərin qəddarlığı bütün sərhədləri aşıb, milyonlarla rusun öyrəşdiyi həyat tərzini məhv ediblər, bununla razılaşmayanlar öldürülüb və ya vətənlərindən didərgin salınıb. Amma indi hamı istehza edir, Moskvaya tüpürür. Kremldəkilər isə üzlərini silərək özlərini bunun zərərsiz yağış olduğuna inandırırlar. Təəssüf ki, belə ləyaqətsiz adamlar Rusiyanı idarə edir”, – deyə Ovannisyan məqaləsinə ölkəsinin müttəfiqini tənqid yox, təhqir etməklə başlayıb.
Doğrudur, Rusiya qan içən bir dövlətdir. Tarix boyu xalqlara qarşı işğalçılıq siyasəti yürütmək, ərazilərini genişləndirmək, ölkələrin sərvətlərini talamaq bahasına öz suverenliyini qoruya bilib. Ancaq bütün bunların bir erməninin dilindən səsləndirilməsi sizcə də qəribə deyilmi? Atalarımız demişkən, “kor kora kor deməsə, bağrı çatlayar”. Tarix boyu Çar Rusiyasının, daha sonra Sovet imperiyasının, ardınca müasir Rusiyanın vassalı kimi yaşayan, mövcudluğunu Kremlin divarları arasında verilən qərarlara borclu olan Ermənistan və erməni toplumu indi Moskvanı qaniçən adlandırır. Sanki 1905-1907, 1918, 1988 və nəhayət 1992-ci illərdə azərbaycanlılara qarşı qətliam və soyqırımı törədən, vətəndaşlarımızı öz doğma yurdlarından didərgin salan, özgə torpaqlarında özünə yuva quran ermənilər olmayıb. Amma Ovannisyan bir şeydə haqlıdır. Rusiya cinayətkar dövlətdir! Çünki bütün bu qırğınları törətməkdə ermənilərə məhz Moskva dəstək verib.
Ancaq görünür indi qulun ağa ilə maraqları üst-üstə düşmədiyindən Ermənistanda hər kəs Rusiyanı və Putini tənqid və təhqir etməkdən çəkinmir. Xəyanət ermənilərin qanındadır və bu, anlaşılandır. Amma Rusiyanın erməniləri hələ də müdafiə etməsini heç cür başa düşmək mümkün deyil. Bəlkə də Rusiya özünü ermənilərin müttəfiqi olduğuna inandırmaq istəyir. Elə Kremlə bağlı tədqiqat mərkəzlərinin İrəvanda apardıqları sorğudan belə qənaətə gəlmək mümkündür. Beləliklə, sorğuya görə, Ermənistanda Rusiya respondentlərin 54%-i tərəfindən dost ölkə hesab edilir (Fransadan sonra ikinci yerdədir). Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var, KTMT-nin üzvüdür, Suriyada Kremllə əməkdaşlıq edir və sairə. Siyahını uzatmaq da olar, amma buna lüzum yoxdur.
Analitik Ovannisyan erməni xislətindən irəli gələrək Azərbaycanı Rusiyaya dost olmayan ölkə kimi təqdim etməyə də cəhd göstərir. Bəli, ola bilər ki, dost ölkə deyilik, amma yenə də bunu bir erməninin dilə gətirməsi absurddur.
“Ermənistan isə dostdur və “məxməri inqilab”dan, İkinci Qarabağ müharibəsindən sonra da belə qalıb. Amma Moskva bunu hiss etmir. Peskov, Zaxarova, Lavrovun açıqlamalarını başqa necə qəbul etmək olar? Rusiyanın zəifləməsi onun nəinki mübarizə aparacaq, hətta diplomatik yollarla Cənubi Qafqazda maraqlarını qoruyacaq vəziyyətdə olmadığını sübuta yetirir. Faktiki olaraq, Rusiya imperiya olmaqdan çıxır” – erməni analitik vurğulayıb.
İndi axmaq İvanuşkanı inandırmağa çalışırlar ki, sən türklə sülh içində yaşaya bilərsən. Axmaq isə tarixdə baş verən rus-türk müharibəsini də unudub. Rusiya isə özünün parçalanmasına razılıq verir. Təəssüf ki, hər şey tamamilə fərqli ola bilərdi. Rusiya Ermənistandakı quldurları dəstəkləməməli idi. Onda dövlət idarəçiliyindən anlamayan yöndəmsiz Paşinyan hakimiyyətə gəlməzdi. Rusiya Kiyevi, Borodyankanı bombalamaqdansa, Ermənistanla sərhəddə əsgərimizlə çiyin-çiyinə durmalıdır. Ancaq təəssüf ki, Rusiya Cənubi Qafqazda güclü oyunçunun tərəfini tutmağa üstünlük verir. Bizim vəzifəmiz isə bir neçə ölkənin və təşkilatların iştirakı ilə Ermənistanın təhlükəsizliyini təmin edəcək yeni format tapmaqdır. Rusiyanın orada olmayacağı aydındır”, – deyə Samvel Ovannisyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az