Rusiya Qarabağda QALMAQ üçün BUNA da razıdır – TƏHLİLbackend

Rusiya Qarabağda QALMAQ üçün BUNA da razıdır - TƏHLİL

2020-ci ilin 10 noyabrıbda II Qarabağ müharibəsində atəşkəsə nail olmaq üçün üçtətəfli bəyanat və Rusiyanın vasitəçiliyi həm Azərbaycan, həm də erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Yəni “arsax”ın rus ideyası olduğu, qondarma rejimlə onların Azərbaycan torpaqlarında qanunsuz fəaliyyəti hamıya bəlli idi.

KONKRET.az xəbər verir ki, üçtərəfli bəyanatla Rusiyanın Qarabağdakı mövcudluğu qanuniləşdi. Amma müvəqqəti! Belə ki, sülhməramlıların missiya dövrü 5 illik nəzərdə tutulub və səlahiyyət müddətinin uzadılması Azərbaycandan asılıdır. Sadəcə, 1 ildir ki, rus sülhməramlıların Qarabağ fəaliyyəti Azərbaycan ərazi bütövlüyü üçün təhdid xarakteri almaqdadır:

– Putin Soçi görüşündən əvvəl Valdayda elə danışdı ki, sanki istədiyi vaxt Qarabağı ermənilərə hədiyyə edə bilər;

– Sülhün Kremlin təklif etdiyi variantı İrəvanın ürəyincədir və Paşinyan hökuməti prosesi dondurmaq, uzatmaq üçün Bakıya qarşı bu kartdan istifadə edir;

– Soçidəki üçtərəfli görüşdə Bakı Putinin irəli sürdüyü təklifləri Paşinyanın ürəyində qoydu. Yoxsa görüş o qədər uzanmaz, yekun bəyanat isə elə boş olmazdı;

– Qarabağın ermənilər yaşayan hissəsi, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Arutyunyan-Vardanyan özbaşınalıqları davam edir;

– “arsax referendumu” iddiaları səslənməkdə, mitinqlər keçirilməkdədir;

– Ruslar Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası naminə heç nə etmir;

– Onların əsas işi Qarabağdakı ermənilərlə üzüm yığmaq, onlara su daşımaq, şlaqbaum oyunbazlıqları, hamilə erməniləri doğuzdurmaq, sovet bayramları qeyd etmək və s. dəxlisizliklərdir.

Bəli, erməni paçasında rus yarası dərinləşir. Bu qotur siyasətin mənbəyi isə Kremldir. Lakin rus-erməni “miatsum”luğuna imkan vermək Azərbaycanın planında yoxdur. Moskva bunu çox gözəl anlayır və Bakıya müxtəlif vasitələrlə hücumlar edir. Azərbaycanın artan nüfuzunu yumruğunda sıxılacaq boyda kiçiltmək üçün ya Putin komandası, ya ermənilər, ya da Lukaşenko kimi siyasətçilər qəsdən dezinformasiya səmimiliyinə yol verirlər. Məqsəd rus orbitindən çıxmaq istəyən Bakının qarşısını kəsməkdir. Bu, postsovet ölkəsi olan Azərbaycanı postsuz sovet ölkəsi kimi saxlamaq niyyəti güdür. Rusların Cənubi Qafqaz, Qarabağ torpoqlarının hər deşiyində soxulcan kimi qalmaq istəyi də bununla bağlıdır. Bəs Rusiya Azərbaycan torpaqlarında qalmaq üçün nələrə qadirdir?

– Qarşısında Türkiyəni görə biləcəyi üçün Qarabağda Donetsk-Luqansk ssenarisi təkrarlanmayacaq;

– III Qarabağ müharibəsi olacaq, yaxud sentyabr olayları kimi toqquşmalar təkrarlanacaq;

– Qondarma rejimin “referendum” tələbləri sülhməramlıların missiya müddətinin uzadılması ilə əvəzlənəcək. Rusiya Qarabağdakı separatçıları ayağa qaldırmaqla Azərbaycanı müəyyən güzəştlərə məcbur etmək istəyir. Belə ki, Bakı Qarabağda ya erməni muxtariyyəti, ya da sülhməramlı fəaliyyəti arasında ikincini seçəcək. Lakin hazırda Azərbaycan öz yaratdığı reallıqlara üstünlük verir;

– Buna görə də Rusiya axırıncı yola düşüb. Hazırkı Moskva-Tehran qucaqlaşmaları səbəbsiz deyil. Sarı və saqqallı sürtüşmələrindən izdivac yox, təxribat iyi gəlir.

Belə ki, İranın Azərbaycana hücumu Rusiyaya sərf edir. Çünki qeyri-bərabər döyüşdə Azərbaycanın məğlubiyyəti:

• Bakını məcburən KTMT üzvü edə bilər. Belə olan halda isə 2 ildir ki, Türkiyə sisteminə keçmək istəyən ordumuz Hərbi Qənimətlər Parkındakı Rusiya variantına qayıtmış olacaq.

• İranın Araz çayı boyunca hücum hədəfinə Qarabağ da daxildir və Kreml erməniləri qorumaq üçün oradakı şəxsi heyətinin sayını dəfələrlə artıracaq. Missiya müddətləri də 5-15 uşaq oyunu kimi çoxalacaq.

Amma dünənki şərhdə qeyd etdiyim kimi, Azərbaycan düşmənləri üçün hər şey elə də asan olmayacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*