Rusiya Qazaxıstandan bunu istəyəcəkbackend

Rusiya Qazaxıstandan bunu istəyəcək

Rusiya Qazaxıstandan italyan podratçısının hesablarını bloklamağı xahiş edəcək.

KONKRET.az xəbər verir ki, söhbət Maire S.p.A. şirkətindən gedir. Şirkət Rusiyada məhkəməni uduzub — o, Leninqrad vilayətində ammonyak və karbamid zavodunun tikintisi üzrə öhdəliklərini yerinə yetirməyib. İndi şirkət 171 milyard rubldan çox məbləğ ödəməlidir.

“Rusiya şirkəti EXСZ-2 MAIRE qrupunun iri layihələr həyata keçirdiyi və Rusiya məhkəmələrinin qərarlarının tanındığı yurisdiksiyalarda şirkətin aktivləri və pul vəsaitlərinə həbs qoyulması ilə bağlı müraciətlər hazırlayır.”

Bu ölkələr arasında Qazaxıstan da var. Hazırda şirkət Qazaxıstanda Tənqiz (neft-qaz yatağı) və “KazMunayGaz” ilə bağlı iri obyektlər inşa edir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*