Rusiya qazaxıstanlı biznesmeni axtarışa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bukmeker kontoru (BK) “Olimp”in ortaq sahibi Dmitri Davıdovu axtarışa verib.
“Qazaxıstanlı iş adamı, “Olimp” bukmeker kontorunun həmsahibi, “Rusiyanın inkişafı üçün 20 ideya” layihəsi ilə əlaqəli olan Dmitri Davıdov federal axtarışa verilib”, məlumatda deyilir.
Onun hansı maddə ilə axtarışa verildiyi göstərilməyib.
Xuraman Etibarlı,
KONKRET.az