Rusiya Qəddafinin oğlunu Liviya prezidenti vəzifəsinə hazırlayır – Britaniya mediasıbackend

Rusiya Qəddafinin oğlunu Liviya prezidenti vəzifəsinə hazırlayır – Britaniya mediası

Bütün qlobal informasiya məkanına “yoluxan” koronavirus pandemiyası ilə əlaqəli olmayan xəbərlər axtarışında olan jurnalist mərhum Müəmmər Qəddafinin oğlu Seyf al-İslamın Liviyanın başına gətiriləcəyi barədə informasiya əldə edib. Bu gün onun haqqında hansı məlumat var? Rusiya doğrudanmı Qəddafinin varisinə Liviya prezidenti olmaq üçün kömək edir?

Bu fikirlər Britaniyanın “Al Araby” nəşrində yer alıb.

KONKRET.az həmin sualların cavabını sizə təqdim edir:

“Koronavirus haqqında sonsuz xəbər axınından bezmişik. Həqiqətdə, koronavirusla əlaqəli olmayan xəbərlərə və bu dəhşətli virusdan xəstələnən və ya ölən insanlara şərh verməyə üstünlük veririk. Bu baxımdan nifrət edilən koronavirusun və onun dünyaya gətirəcəyi fəsadlardan başqa hər hansı bir xəbər tapmaq üçün əsl mübarizə gedir.

Ciddi axtarışlar zamanı Seyf al-Islam al-Qəddafi haqqında məlumatlara rast gəldik. Mərhum Liviya liderinin oğlu təkcə onun varlığını xatırlatmır, eyni zamanda Rusiyanın Liviyanın prezidenti olmaq üçün hazırladığı sirlərini də açır. Bu şəxs bizə bütün dünya ictimaiyyətini həyəcanlandıran koronavirusun yayılması ilə əlaqəli olmayan bir xəbər verdi.

Yeri gəlmişkən, xəbər etibarlı məlumat mənbələri ilə məşhur olan Amerika xəbər agentliyi tərəfindən səsləndirilməyibsə, koronavirusun səbəb olduğu beynəlxalq karantin zamanı söylənilən bir nağıl hesab etmək olardı.  Bir sözlə, başlamaq üçün Beyrutdakı səfirliyinin ərazisindən İsrail kəşfiyyatına işləməkdə günahlandırılan Amer al-Faxuri tərəfindən çıxarılan amerikalıları xatırlayaq.

Al-Faxurinin ABŞ-a gəlişindən sonra Prezident Tramp Livan hökumətinə əməkdaşlığa görə təşəkkür etdi. Daha sonra oxuyursunuz ki, Amer al-Faxurinin təxliyəsi koronavirus səbəbi ilə həyata keçirilən təcili bir profilaktik tədbirdir. Lakin İsrail hökumətindəki mövcud vəziyyətə müraciət etsək görərik ki, Netanyahu koronavirusdan istifadə edərək rəqibi Behi Ganzı vəba ilə mübarizədə milli birlik hökumətini yaratmağa inandırdı.

Gördüyünüz kimi, yenə də koronavirusla bağlı xəbərlərdən yayınmaq olmur. Yenə də Seyf Al-İslam al-Qəddafiyə qayıdaq. Sual oluna bilər: bu müddət ərzində o, harada idi? 2017-ci ilin iyununda Liviyanın Zintan şəhərində altı il həbsdən azad edildiyi məlum oldu. Bu barədə marşal Xəlifə Haftarın komandanlığı altında Liviya Milli Ordusuna qoşulan “Abu Bəkr as-Siddik” silahlı qruplaşması məlumat verib.

O vaxtdan Seyf al-Islam haqqında heç bir məlumat yox idi, buna görə də mətbuat onun indiki yeri haqqında heç nə yazmırdı.

Çox güman ki, hələ də Zintandadır. Yeri gəlmişkən, o, qardaşı Hannibal haqqında heç nə bilmir, hansı ki, Beyrutda həbsxanada idi və sonra bəraət aldı? 2018-ci ilin dekabrında bir Rusiya xəbər agentliyi xarici işlər nazirinin müavini Mixail Boqdanova istinadən dedi ki, Seyf al-İslam al-Qəddafi  Liviyadakı siyasi arenada rol oynamalıdır. Yuxarıda qeyd olunan agentliyə görə Seyf al-İslam Liviyanın siyasi böhranından çıxış yollarını əks etdirən məktublar göndərərək Moskva ilə daim təmasdadır. Sonra Qəddafinin oğlunun prezidentliyə namizəd olacağı barədə məlumatlar yayıldı.

2018-ci ilin sonunda Liviyada prezident və parlament seçkilərinin Milli Konfransdan sonra 2019-cu ilin yazında keçirilə biləcəyi ilə bağlı şayiələr yayıldı. BMT-nin Liviyadakı keçmiş xüsusi elçisi Gassan Salameh Liviya generalı Xəlifə Haftarın Tripolidə 2019-cu ilin aprel ayında bir neçə hərbi əməliyyata başlamazdan öncə Liviya Milli Konfransının Qadamesdə keçiriləcəyini açıqladı.

Təəssüf ki, Liviyadakı vəziyyət yeni bir mərhələyə keçdi və ölkədə əhəmiyyətli siyasi bir fiqur kimi qalan Seyf al-İslam al-Qəddafi olmadan heç bir addım atıla bilməz.

Bloomberg xəbər verir ki, mərhum Liviya liderinin oğlu, atasının Qərb liderlərinin seçki kampaniyalarını maliyyələşdirdiyini təsdiqləyən gizli sənədlər haqqında Rusiyanın Vaqner döyüşçülərinə məlumat verib. Qeyd etmək lazımdır ki, bu məlumat xarici liderlərə qarşı təzyiq vasitəsidir.

Seyf al-İslam əsgərlərin 80 faizinin marşal Xəlifə Haftarı dəstəklədiyini dedi. O, Moskvaya yüksək səviyyəli hərbi rəhbərlərin siyahısını təqdim etməyə hazır olduğunu bildirdi. Məqsəd isə Rusiyanın Tripolinin tutulmasına töhfə vermək idi.

Agentliyin məlumatına görə, Liviyanın milli razılıq hökuməti “qarşıdakı seçkilərə təsir göstərmək” ittihamı ilə iki rus agentini saxlayıb.

Bloomberg-in məlumatına görə, rus agentləri Müəmmər Qəddafinin  hakimiyyətinin son iyirmi ilində “vəliəhd şahzadə”nin qeyri-rəsmi vəzifəsini tutan Seyf al-İslamla üç dəfə görüşüblər.

Yuxarıda göstərilən bütün xəbərlərin və şayiələrin absurdluğundan əlavə, tamamilə məntiqli bir sual ortaya çıxır: Liviya böhranının kritik bir məqamında Prezident Putinin Seyf al-İslam al-Qəddafini Liviya prezidenti təyin etməsinə nə mane olur?”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*