“Qırğızıstan hakimiyyəti Ukraynada nə qədər qırğızın öldüyü və ya yaralandığı barədə məlumat vermir”.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış qırğız hüquq müdafiəçisi Aziza Abdırasulova bildirib.
Onun sözlərinə görə, Rusiya və Qırğızıstan pasportlarına malik qırğızlar hərbi komissarlıqlar və ya miqrasiya xidmətləri vasitəsilə Ukraynada hərbi əməliyyatlara cəlb edilir. Onların saylarını müəyyən etmək üçün heç bir statistika yoxdur.
Zaman keçdikcə artıq Qırğızıstanda ictimai rəydə Ukrayna müharibəsinə və orada həlak olan qırğızlara görə tənqidi münasibət geniş forma alıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az