Rusiya qırıcıları Ermənistan səmasında havaya qalxdı – Bu, kimə mesajdır?backend

Rusiya qırıcıları Ermənistan səmasında havaya qalxdı – Bu, kimə mesajdır?

Rusiyanın İrəvandakı “Erebuni” hava hərbi bazasının əməliyyat-taktiki aviasiya pilotları Ermənistan Müdafiə Nazirliyinin Su-25 və Su-30SM ekipajları ilə birlikdə təyyarələrin şərti olaraq alternativ aerodroma yenidən yerləşdirilməsini həyata keçiriblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sputik Ermənistan” nəşri Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən yayıb.

“Yüksəklikdə yerləşən Alagöz poliqonunda saatda 900 km sürətlə MiG-29 qırıcılarının pilotları süni düşmənin zirehli maşınlarını təqlid edən yerdəki hədəfləri məhv etmək üçün xüsusi uçuş tapşırıqları yerinə yetiriblər, hücumdan və döyüş təyyarələrindən yayınmaq üçün manevrlər ediblər. Ermənistan üzərindəki səmadakı hava döyüşündən sonra pilotlar Gümrüdəki aerodroma eniblər” deyilib.

Birgə ikitərəfli taktiki uçuş təlimləri Rusiya hərbi bazasının motoatıcı bölmələri və Ermənistan Müdafiə Nazirliyi ilə birlikdə aparılır.

Mətbuat bildirir ki, təlimə Ermənistan Müdafiə Nazirliyinin təxminən 20 MiG-29 YuVO, Su-25 və Su-30SM təyyarələri də daxil olmaqla 50-dən çox hərbi texnikası, iki ölkənin uçuş və mühəndis heyətinin 500-ə yaxın hərbçisi cəlb edilib.

Haşiyə: Rusiyanın son vaxtlar Ermənistanda belə “təlimlər” keçməsi çöx böyük ehtimalla Azərbaycan-Türkiyə qardaşlığına acıq verməkdir.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*