Rusiya qırıcısı ölkə liderlərinin mətbuat konfransında ÇAXNAŞMA YARATDI – VİDEObackend

Rusiya qırıcısı ölkə liderlərinin mətbuat konfransında ÇAXNAŞMA YARATDI - VİDEO

Litva Prezidenti Gitanas Nausedanın İspaniyanın Baş naziri Pedro Sançezlə Siauliai Hərbi Hava Bazasında təşkil etdiyi birgə mətbuat konfransı döyüş təyyarələrinin uçuşa hazır vəziyyətə gətirilməsi səbəbilə yarıda dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Rusiyaya məxsus qırıcı öncədən məlumat vermədən Litvanın hava sərhədlərini pozub. Məhz bundan sonra Litvanın döyüş təyyarələrinə əmr verilib.

Litva Prezidenti Gitanas Nauseda Rusiyanı təcavüzkar siyasət yürütməkdə günahlandırıb.

Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə əlaqədar açıqlama yayaraq bildirib ki, Rusiya qırıcısı başqa ölkələrin hava sərhədlərini pozmadan, beynəlxalq qaydalara uyğun şəkildə uçub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*