Rusiya rəsmisi Dağlıq Qarabağın statusundan danışdı: “Hələ qarşıda çox çətin işlər var…”backend

Rusiya rəsmisi Dağlıq Qarabağın statusundan danışdı: "Hələ qarşıda çox çətin işlər var..."

KONKRET.az RİA Novosti-yə istinadən xəbər veri ki, Rusiya Federasiyası şurasının sədri Valentina Matviyenko bu gün jurnalistlərə  Dağlıq Qarabağın perspektiv statusundan danışıb.
O, bildirib ki, Rusiya Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün beynəlxalq səylərə ümid bəsləyir.
“Dağlıq Qarabağın statusu üçün əlavə danışıqlar tələb olunur. Biz şübhəsiz ki, ATƏT-in, Fransa prezidentinin, ABŞ prezidentinin  Dağlıq Qarabağ münaqişəsinin  həll prosesinə cəlb olunan digər dövlətlərin səylərinə ümid edirik. Hələ qarşıda çox çətin işlər var, amma əsas şey əldə edilib. – Azərbaycana aid olan ərazilərin qaytarılmasını təyin edən beynəlxalq sənədlərin icrası başlandı.  Bu, onu göstərir ki, burada Rusiya əsas rol oynadı”.
Onun sözlərinə görə, Rusiya tərəfi münaqişənin daha da böyüməsinə və yeni insan itkilərinə imkan verməyib.
“Bu, çox çətin bir razılaşma idi, onu əldə etmək çox çətin oldu… “  – Matviyenko deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*