Rusiya”Şahed-136″ PUA-larının istehsalını artırıbbackend

Rusiya"Şahed-136" PUA-larının istehsalını artırıb

Rusiya Tatarıstanda yerləşən Alabuz xüsusi iqtisadi zonasındakı zavodda İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarələrinin istehsalını fəal şəkildə artırır.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumatda deyilir: “2023-cü ildə Alabuqada 2738 “Şahed” istehsal edilib, 2024-cü ilin ilk doqquz ayında isə bu rəqəm iki dəfədən çox artaraq 5760 ədədə çatıb”. Onlar həmçinin daha ucuz  dronlar istehsal ediblər. Qeyd olunur ki, istehsal templərini sürətləndirmək üçün Çindən idxaldan, eləcə də aşağı ixtisaslı işçi qüvvəsindən, xüsusilə Afrikadan yeniyetmə və qadınlardan istifadə edilir. Materialda bildirilir ki, zavod “Gerbera” kimi tanınan fırıldaqçı dronlar istehsal edir. Onlar kontrplak və polistirol köpükdən hazırlanır, istehsal etmək ucuzdur və əsl “şahedlərin” radar siqnalını təqlid edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*