“Rusiya separatçını Moskvaya gətirir və onunla danışıqlar aparır” – Lavrovun gizli PLANIbackend

“Rusiya separatçını Moskvaya gətirir və onunla danışıqlar aparır” – Lavrovun gizli PLANI

“Rusiya Xarici işlər naziri Segey Lavrovun Ermənistana və Azərbaycana səfəri əsasən Qarabağla bağlı prosesi aktivləşdirmək, həmçinin rəsmi Bakını Avrasiya İttifaqına üzvülüyə cəlb etmək üçün danışıqlar apamaqdan ibarətdir”

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya ilk növbədə ABŞ -ın regiona daxil olmasının qarşısnı almağa çalışır: “ABŞ dövlət katibi Blinkenin bir müddət öncə Ermənistana və Azərbaycan prezidentinə zəng etməsi Vaşinqtonun regionda maraqlarının artmasına işarədir. Bundan əlavə Türkiyənin Cənubi Qafqazda fəallığı Rusiyanı narahat edir. İlk növbədə Lavrov Qarabağda ermənilərin statusu ilə bağlı danışıqların başlanmasını təklif edəcək. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyü ilə bağlı şərtlər irəli sürəcək”.

Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək” - Məhəmməd  Əsədullazadə | Hafta.az

Politoloq əlavə edib ki, Rusiya və Azərbaycan arasında “İskəndər” raketləri və sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı problemlə var: “Azərbaycan ilk növbədə Lavrovdan raketlə bağlı izahat tələb etməldir. Bundan əlavə, sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı konkret cavablar tələb olunmalıdır. Rusiya separatçını Moskvaya gətirir və onunla danışıqlar aparır. Rusiya sülhməramlıları fransalı depudatları Qarabağa keçidinə icazə verir. Segey Lavrovun regiona səfəri yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Azərbaycan Rusiyanın heç bir layihələrində yer almaq üçün təklifə konkret cavab verməyəcək. Çünki, Rusiyanın fəaliyyəti hazırda əldə olunan razılşamların əleyhinədir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*