Rusiya sərhədləri yaxınlığında NATO təlimləri keçiriləcək – Kremlin buna reaksiyası necə olacaq?backend

Rusiya sərhədləri yaxınlığında NATO təlimləri keçiriləcək – Kremlin buna reaksiyası necə olacaq?

NATO-nun himayəsi altında illik “Layiqli Tərəfdaş 2020” (Noble Partner) təlimləri bazar ertəsi Gürcüstanda başlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə bildirir ki, təlimlərə ABŞ, Böyük Britaniya, Fransa və Polşanın hərbçiləri cəlb olunub.

Gürcüstanın Baş naziri Georgi Qaxariya açılış mərasimində deyib ki, təlim ölkənin müdafiə qüvvələrinin hazırlığını və tərəfdaşlarla uyğunluğunu təmin etmək üçün həyata keçirilir.

Eyni zamanda, o, təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.

Bu təlim beşinci çoxmillətli komanda postu təlimidir.

Təlimlər Gürcüstanda sentyabrın 18-dək davam edəcək. Məqsədi Gürcüstan, ABŞ və Qara dəniz bölgəsindəki tərəfdaş ölkələr arasında uyğunluğu inkişaf etdirməkdir.

Ssenaridə hərbi texnikadan istifadə edərək müdafiə və hücum əməliyyatları şəraitində canlı atəş, manevr və döyüş dəstəyi ilə komanda heyətinin səhra təlimləri var.

Rəsmi Moskva dəfələrlə NATO-nun Gürcüstandakı təlimlərindən narahatlığını ifadə edib və bunun bölgədəki vəziyyətə xələl gətirdiyini qeyd edib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*