Rusiya şərtini açıqladı: Bakı bunu etsə…backend

Rusiya şərtini açıqladı: Bakı bunu etsə...

Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib: “Bakıda həbs edilən Rusiya vətəndaşlarının azad edilməsinin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşdırılması istiqamətində mühüm addım olduğunu vurğulayırıq”.

O, əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi “hüquq-mühafizə orqanları və həbs olunanların yaxınları ilə daimi əlaqə saxlayır”: “Biz bəzi vətəndaşlarımızın xahişi ilə vəkillərin fəaliyyətinin maliyyələşdirilməsinə yardım edirik. Bakı istintaq təcridxanasında konsulluq əməkdaşlarının Rusiya vətəndaşları ilə üç dəfə görüşü təşkil edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*