Rusiya Şıxlinski ilə bağlı qərar verdibackend

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs edilməsi barədə həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Şıxlinski və vəkili birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarına baxaraq və tərəflərin fikirlərini dinləyərək Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq”, – məlumatda deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*