“Dünyada heç kim silahdan şərə qarşı ukraynalılar qədər effektiv istifadə etmir”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
“Rusiyanın hər bir hücumundan Ukrayna və bütün dünya açıq-aydın bir nəticə çıxarır: Rusiya şər yolu ilə sona qədər, daha doğrusu öz məğlubiyyətinə qədər getmək istəyir. Çünki şərin məğlubiyyətdən başqa bir sonu olmur və olmayacaq. Dünya görməlidir ki, terror məğlub olur”, – deyə dövlət başçısı bildirib.