Ukrayna Rusiyanı Sülh Sammitinə dəvət edəcək.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna lideri Vlodimir Zelenski Yaponiyanın “Kyodo News” xəbər agentliyinə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Kiyev mövqeyindən əl çəkməyib.
Prezident vurğulayıb ki, bütün liderlər Rusiyanın ikinci sammitdə olmasını istəyirlər.
Xatırladaq ki, ilk Sülh Sammiti bu ilin iyununda baş tutub.
Natiq Səlim,
KONKRET.az