“Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir” – Paşinyanbackend

"Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir" - Paşinyan

“Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmirlər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də hökumətin iclasında deyib.

“De-fakto belə çıxır ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatda təsbit olunmuş öhdəliyi, yəni Laçın dəhlizini nəzarətdə saxlamaq öhdəliyini yerinə yetirmir.

Laçın dəhlizində ötən həftədən yaranmış böhran həll olunmayıb, bir məsələ istisna olmaqla: Qarabağa qazın verilişi bərpa olunub.

Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Qarabağda humanitar vəziyyət son dərəcə gərgin olaraq qalır.

Qarabağda bir sıra zəruri mallar, o cümlədən ərzaq çatışmazlığı var.

Azərbaycanın Laçın dəhlizinin qarşısının alınması üzrə hərəkətləri qanunsuzdur və beynəlxalq öhdəliklərini, xüsusən də 9 noyabr bəyanatının müddəalarını kobud şəkildə pozur.

Bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin nəzarətindədir və Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir.

Bu müddəa bu gün faktiki olaraq həyata keçirilmir. Təbii ki, bu, Azərbaycanın qeyri-qanuni hərəkətləri nəticəsində baş verir. Çünki Rusiya sülhməramlı qüvvələrinin mövcudluğunun əsas məqsədi məhz belə qanunsuzluğun qarşısını almaqdır”, – Paşinyan yenə ağzına gələni danışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*