Rusiya sülhməramlıları Qarabağda ermənilərə görə enerji sistemini BƏRPA ETDİbackend

Rusiya sülhməramlıları Qarabağda ermənilərə görə enerji sistemini BƏRPA ETDİ

Qarabağdakı Rusiya sülhməramlıları regionun iqtisadiyyatını və infrastrukturunu bərpa edir.

KONKRET.az xəbər verir ki, bunu “Arxont” jurnalının baş redaktoru, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin deyib.

O qeyd edib ki, sülhməramlılar Qarabağdakı separatçı rejimin fəaliyyətinin bütün sistemini bərpa etmək istiqamətində fəaliyyət göstərirlər.

“Sülhməramlılar tamamilə bununla məşğuldurlar. Onların iştirakı ilə regionun enerji sistemi bərpa edilib. Onlar kənd təsərrüfatı sahəsində köməklik göstərir, əhaliyə tibbi xidmətin göstərilməsində iştirak edirlər. Sülhməramlıların regionu daha çox inkişaf etdirmək istəyi başa düşüləndir. Bu ona görədir ki, onlar Qarabağda daha 5 il qalmaq istəyirlər”, – ekspert bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*