Moskvanın Taqanski Rayon Məhkəməsi teleqram messencerini qadağan olunmuş məlumatları silmədiyinə görə cərimələyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Moskva Şəhərinin Ümumi Yurisdiksiya Məhkəmələri” teleqram kanalı məlumat yayıb.
Platforma İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi (“Girişi məhdudlaşdırılan informasiyanın, informasiya ehtiyatlarının əldə edilməsinin məhdudlaşdırılması qaydasının pozulması”) ilə təqsirli bilinib.
Bununla da məhkəmə teleqramı 3,5 milyon rubl məbləğində cərimələyib.//Qafqazinfo