Rusiyanın İjevskdən Mahaçqalaya uçan Embraer 190 sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.
KONKRET.az xəbər verir ki, təyyarə təhlükəsiz şəkildə Mahaçqala hava limanına enib.
“Flightradar”ın məlumatına görə, RA-02740 nömrəli təyyarə Qazaxıstan üzərindən uçduqdan sonra Moskva vaxtı ilə təxminən 23:46-da qəza siqnalı göndərib. Təyyarə qəza siqnalı işə salındıqdan təxminən bir saat sonra tədricən enməyə başlayıb. Təyyarədə baş verənlər barədə məlumat verilmir.
Günel Mikayılova,
KONKRET.az