Türkiyə hakimiyyəti Rusiya və Cənubi Koreya ilə Qara dənizdə Sinop atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. Layihənin həyata keçirilməsi üçün müqavilənin dəyəri 45 milyard dolları ötür.
KONKRET.az xəbər verir ki, bu məlumatı Türkiyə Energetika Nazirliyinin Nüvə İnfrastrukturunun İnkişafı Departamentinin rəhbəri Salih Sarı paylaşıb. Həmin məlumatda deyilir ki, Rusiya Qara dənizdə Türkiyə üçün “Sinop” atom elektrik stansiyasını tikə bilər. Hazırda Rusiyanın tikintidə əsas rəqibi Cənubi Koreyadır. Hazırda Türkiyə hakimiyyəti hər iki dövlətlə danışıqlar aparır.
Qeyd edək ki, layihəyə görə “Sinop” Atom Elektrik Stansiyası eyniadlı yarımadada, Trabzonla İstanbul arasında tikilə bilər. Belə bir yerdə atom elektrik stansiyası tikmək üçün ən azı on il lazımdır.
Cənubi Koreyanın böyük bir şirkəti olan KEPCO iddia edir ki, artıq Türkiyə ilə ilkin razılaşmalar var. Xatırladaq ki, əvvəllər Yaponiyanın Mitsubishi və Itochu şirkətləri də layihəni almağa ümid edirdilər, lakin Türkiyə tərəfi ilə qiymətdə razılığa gələ bilmirdilər.
Məsələ burasındadır ki, Yaponiyada Fukusima AES-də baş verən fəlakətdən sonra AES-in tikintisi bahalaşıb. Türkiyə hakimiyyəti Sinopu mümkün qədər təhlükəsiz etmək istəyir və bu, böyük investisiyalar tələb edir.
Layihəyə əsasən, elektrik stansiyasında hər birinin gücü 1400 MVt olan 4 nüvə reaktoru olacaq. Bu müqavilənin dəyəri 45 milyard dolları ötür. Bu, Rusiyanın hazırda Aralıq dənizi sahilində inşa etdiyi Akkuyu AES-in dəyərindən iki dəfə çoxdur. Atom elektrik stansiyasının nəzarət paketi Türkiyənin Elektrik Enerjisi İstehsalat Korporasiyasına məxsus olacaq.
Türkiyədə heç bir nüvə yanacağı zavodu yoxdur. Rusiya Federasiyası atom elektrik stansiyası tikərsə, o zaman atom elektrik stansiyaları üçün də uran tədarük edəcək. Eyni zamanda Türkiyə hətta Yaxın Şərq ölkələrinə elektrik enerjisi ötürməklə stansiyada pul qazana biləcək.
Natiq Səlim,
KONKRET.az