Rusiya Türkiyəni təhdid edib – Azərbaycana görəbackend

Rusiya Türkiyəni təhdid edib - Azərbaycana görə

“Azərbaycan müstəqilliyini elan etdikdən sonra bəzi dövlətlər bunu tanımaqdan çəkinirdilər. Həmin dövrdə dövlət tərəfindən bu məsələ mənə həvalə olundu. Ali Sovetin adından mən Türkiyəyə göndərildim. Həmin zaman SSRİ mövcud idi, təhlükə qalırdı. Hətta Türkiyənin özündə dövlət müstəqilliyimizin tanınmasında tərəddüdləri olanlar vardı”.

KONKRET.az xəbər verir ki, bunu “TV1”ə açıqlamasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov deyib.

O qeyd edib ki, həmin vaxt SSRİ-nin Türkiyədəki səfiri Albert Çernışov açıq təhdidlə çıxış etmişdi:

“Siz necə baxarsınız, biz də Kürdüstanın müstəqilliyini tanıyaq? Ancaq buna baxmayaraq o vaxt Türkiyənin Baş naziri Məsud Yılmaz çox cəsarətli addım atdı və noyabr ayının 9-da Azərbaycanın Dövlət Müstəqilliyinin tanınması haqqında qərar verdi. Türkiyə hökuməti həmin tarixdən etibarən Azərbaycanla müttəfiq olacağını bəyan etdi”.

Məlik,
KONKRET.az

  • Haller
    Oktyabr 19, 2024 - 23:44

    Baxin, kimin kim olduguna…o “sizlerin” sevdiyi Rusiya, bu da bizlerin sevdiyi Turkiye!!!..dostunu ve dusmenini tani, ey “sen”!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*