Rusiya üçün qorxunc ssenari: 4 dövlət hərəkətə keçdibackend

Rusiya üçün qorxunc ssenari: 4 dövlət hərəkətə keçdi

Polşa ilə Belarus sərhədində gərginlik, eləcə də Rusiyadan gözlənilən təlükə fonunda Varşava hərbi təhlükəsizlik tədbirlərini gücləndirir.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış açıqlamasında İsveçdən təcili yardım istədiklərini və artıq müttəfiq ölkənin Polşaya əlavə təyyarələr və hava hücumundan müdafiə sistemləri göndərməyə razılaşdığını bildirib.

Nazirin sözlərinə görə, son günlər pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması halları artıb:

“Müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının tam təhlükəsizliyini təmin etmək əzmindəyik. İsveç tərəfi bu istiqamətdə bizə güclü dəstək verir”.

Kosiniyak-Kamış hansı sistemlərin və təyyarələrin göndəriləcəyini açıqlamasa da, prosesin təcili rejimdə həyata keçiriləcəyini vurğulayıb. Qeyd olunub ki, bir sıra NATO ölkələri eyni zamanda İsveç, Litva, ABŞ və Almaniya istənilən alda Polşanın ərazi təhlükəsizliyini təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*