Rusiya Ukraynada NABU ətrafındakı vəziyyətdən istifadə etməyə çalışır – Kəşfiyyatbackend

Rusiya Ukraynada NABU ətrafındakı vəziyyətdən istifadə etməyə çalışır – Kəşfiyyat

Rusiya Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP) haqqında qanuna qarşı etirazlardan yararlanmağa və ölkədə vəziyyəti gərginləşdirməyə çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Kəşfiyyatın açıqlamasına görə, Moskva bu hadisələrdən istifadə edərək Ukraynanın müdafiə qabiliyyətinə zərbə vurmaq və beynəlxalq arenada ölkəni diskreditasiya etməklə Qərbin dəstəyini zəiflətmək niyyətindədir.

“Etirazların miqyasını artırmaq üçün Moskvadan təşkil olunmuş təxribatlar da istisna edilmir”, – deyə GUR-un məlumatında bildirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*