Rusiya Ukraynada Qərbi Almaniya ölçüsündə minalanmış sahələr yaradıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Onun sözlərinə görə, Kiyev Qərbdən minaları təmizləmək üçün vəsait istəyir.
Nazir qeyd edib ki, nəhəng mina sahələri əsasən Ukraynanın şərqində yerləşir.
Almaniya XİN başçısı əlavə edib ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri bəzən tələyə düşür.
İqbal Rzayev,
KONKRET.az