Qazaxıstan ərazisində yerli sakinləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə cəlb etmək cəhdləri qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kostanay vilayətinin prokurorluğu məlumat yayıb.
“Bizim regionda yerli sakinlərin Ukraynadakı silahlı münaqişədə iştirak etmək üçün Rusiya ərazisinə cəlb edilməsi cəhdləri qeydə alınıb”, – deyə prokurorluqdan bildiriblər.
Təhlükəsizlik rəsmiləri xatırladıblar ki, bu hərəkətlər Qazaxıstan Konstitusiyası, Qazaxıstanın qoşulduğu beynəlxalq səviyyədə tanınmış hüquqi sənədlərlə qadağandır. Ukraynaya qarşı döyüşməyə gedən Qazaxıstan vətəndaşlarını 10 ilədək həbs cəzası gözləyir.
Burhan,
KONKRET.az