Rusiya Ukraynanı vurdu: Yaralılar varbackend

Rusiya Ukraynanı vurdu: Yaralılar var

Bu gecə Rusiya Ukraynaya raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib.

KONKRET.az xəbər verir ki, əsas zərbə istiqaməti Xmelnitski vilayətində yerləşən Starokonstantinov şəhəri olub. Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücumlar zamanı hədəflər vurularaq məhv edilib.

Eyni zamanda, Kiyev də hücuma məruz qalıb — 8 nəfər xəsarət alıb, onlardan biri 3 yaşlı uşaqdır. Şəhərdə yaşayış binası və avtomobillər zədələnib.

Bundan əlavə, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Kropovnitski şəhərində də partlayışlar qeydə alınıb. Zərbələrdən sonra şəhər tüstü ilə örtülüb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*