Bu gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın altı vilayətində – Sumı, Poltava, Donetsk, Çerniqov, Xarkov və Zaporojyedə enerji və qaz-nəqliyyat infrastrukturuna hücum həyata keçirib.
KONKRET.az xəbər verir ki, məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, Sumıda əsas yarımstansiyalardan birinə endirilən zərbə nəticəsində şəhərin böyük hissəsi və sənaye müəssisələri işıqsız qalıb. Poltava vilayətində isə qaz-nəqliyyat infrastrukturu hədəfə alınıb. Hazırda qəza brigadaları zərərçəkmiş obyektlərdə bərpa işlərini davam etdirir.
Müşviq Tofiqoğlu
KONKRET.az