Rusiya Ukraynanın M1 “Abrams” tank parkını demək olar ki, məhv edibbackend

Rusiya Ukraynanın M1 “Abrams” tank parkını MƏHV ETDİ

Rusiya qüvvələri Ukraynaya ötən il verilmiş M1 “Abrams” tanklarının təxminən 87%-ni sıradan çıxarıb. Mənbələrin verdiyi məlumata görə, 31 ədəd tankdan hazırda döyüşdə yalnız 4-ü qalıb.

KONKRET.az xəbər verir ki, The National Interest jurnalı və Military Watch Magazine-in məlumatına görə, “Abrams” tanklarının Ukrayna cəbhəsində effektiv işləməməsinin əsas səbəbi hava və artilleriya dəstəyinin əksikliyi, həmçinin texniki-mexanik peşəkarlığın, heyət və texnikanın çatışmazlığıdır.

Mütəxəssislər bildirirlər ki, dünyanın ən müasir döyüş tanklarından sayılan M1 “Abrams” platforması ağır şərait və dəstək resurslarının məhdudluğu fonunda gözlənilən nəticəni verə bilmir. Tankların yüksək texniki baxımlı olması əlavə təlim və resurs tələblərini artırır, bu da Ukrayna tərəfi üçün ciddi çətinliklər yaradır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*